Əsas məzmuna keç

Tbilisidəki qətlin şübhəlisi saxlanıldı

Tbilisidəki qətlin şübhəlisi saxlanıldı

Gürcüstan paytaxtında baş verən ağır cinayətdə şübhəli bilinən şəxs ələ keçirildi. İstintaqın gedişatı və saxlanılan şəxsin kimliyi ilə bağlı təfərrüatlar.

en ru

Gürcüstanda vətəndaşı Fatimə Kərimovanı qətlə yetirməkdə ittiham olunan Emin Batumi Beynəlxalq Hava Limanında saxlanılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Məlumata əsasən, təqsirləndirilən şəxsin həbsi türkiyəli və azərbaycanlı həmkarlarla sıx koordinasiya şəraitində, həmçinin Gürcüstanın Türkiyədəki attaşesinin birbaşa iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, Fatimə Kərimova iyunun 27-də Tbilsidə qətlə yetirilib. Emin Əliyev də Azərbaycan vətəndaşıdır. Gürcüstanın Baş Prokurorluğu ona qarşı ağırlaşdırıcı hallarda xarici vətəndaşın qəsdən qətlə yetirilməsi ittihamı irəli sürüb. Bu cinayət əməlinə görə 20 ilədək və yaxud ömürlük həbs cəzası nəzərdə tutulur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…