Əsas məzmuna keç

Şahruddin Məhəmmədəliyevə yaşıl işıq

Şahruddin Məhəmmədəliyevə yaşıl işıq

millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Super Liqasının III turundan təxirə salınan oyunda öz meydanında “Beşiktaş”ı 4:2 hesabı ilə məğlub edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, futbolçuların çıxışını qiymətləndirən Türkiyə mətbuatı Adana klubunun heyətinin ən zəifi kimi qapıçı Vedat Karakuşu göstərib. Türkiyə Futbol Federasiyasının Əsasnaməsinə görə, üçüncü qapıçını meydana buraxmaq məcburiyyətində qalan baş məşqçi Patrik Klyuvert görünür, bu qərarından peşmandır. Ertac Ozbir cəza, Şahruddin isə Əsasnamə tələbinə görə matçı buraxırdı.

Vedat Karakuşun kobud səhvləri isə növbəti tur öncəsi Məhəmmədəliyev üçün işıq yandırıb. Niderlandlı mütəxəssis artıq növbəti görüşlərdə “çərçivə”ni millimizin qolkiperinə etibar etməyi planlaşdırır.

Qeyd edək ki, “Adana Dəmirspor” oktyabrın 1-də VII tur çərçivəsində “Alanyaspor”u qəbul edəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…