Şahruddin Məhəmmədəliyevə yaşıl işıq

Şahruddin Məhəmmədəliyevə yaşıl işıq
28.09.2023 18:36
Aa
dəq

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” Türkiyə Super Liqasının III turundan təxirə salınan oyunda öz meydanında “Beşiktaş”ı 4:2 hesabı ilə məğlub edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, futbolçuların çıxışını qiymətləndirən Türkiyə mətbuatı Adana klubunun heyətinin ən zəifi kimi qapıçı Vedat Karakuşu göstərib. Türkiyə Futbol Federasiyasının Əsasnaməsinə görə, üçüncü qapıçını meydana buraxmaq məcburiyyətində qalan baş məşqçi Patrik Klyuvert görünür, bu qərarından peşmandır. Ertac Ozbir cəza, Şahruddin Məhəmmədəliyev isə Əsasnamə tələbinə görə matçı buraxırdı.

Vedat Karakuşun kobud səhvləri isə növbəti tur öncəsi Məhəmmədəliyev üçün yaşıl işıq yandırıb. Niderlandlı mütəxəssis artıq növbəti görüşlərdə “çərçivə”ni millimizin qolkiperinə etibar etməyi planlaşdırır.

Qeyd edək ki, “Adana Dəmirspor” oktyabrın 1-də VII tur çərçivəsində “Alanyaspor”u qəbul edəcək.

Həftənin ən çox oxunanları

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın
DAVAMIN OXU davamın oxu

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi
DAVAMIN OXU davamın oxu

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək
DAVAMIN OXU davamın oxu

Simeone Amrabatı "Atletiko"da görmək istəyib

Simeone Amrabatı
DAVAMIN OXU davamın oxu

"Mançester Siti" və "Liverpul" bu futbolçu üçün mübarizə aparacaqlar

DAVAMIN OXU davamın oxu