Operativ Məlumat Mərkəzi

Şahbaz Şərif Azərbaycana gəlir - 17.02.2025

2 dəq
Paylaş:
Şahbaz Şərif Azərbaycana gəlir - 17.02.2025

Pakistanın Şahbaz Şərif fevralın 24-də Azərbaycana səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Pakistanın “The News International” nəşri mənbələrə istinadən məlumat yayıb.

"Azərbaycana səfər fevralın 24-də başlayacaq və burada üç gün qalacaq. Bakıda Pakistana 2 milyard dollar məbləğində investisiya qoyuluşu ilə bağlı sazişlər imzalanacaq. Bu investisiya sazişləri neft və qaz kəşfiyyatı, bərpa olunan mənbələrindən istifadə və enerji səmərəliliyinin artırılmasına yönələcək ki, bu da bu mühüm sahələrdə gələcək üçün yol açacaq", - nəşr qeyd edib.

Baş nazir Ş.Şərifin biznes-liderləri ilə görüşlər keçirəcəyi və Azərbaycan şirkətlərini Pakistana investisiya yatırmağa və biznes müəssisələri açmağa dəvət edəcəyi gözlənilir.

Azərbaycandan sonra Pakistan Baş naziri iki günlük səfərlə Özbəkistana gedəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax