Əsas məzmuna keç

Rusiyanın bir sıra aeroportlarının fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib

Rusiyanın bir sıra aeroportlarının fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib

bu barədə Rusiya Federasiyasının Hava Nəqliyyatı üzrə Agentliyinin (Rosaviasiya) mətbuat katibi Artem Korenyako məlumat yayıb. “Mülki təyyarələrin...

Moskvanın , və Jukovski hava limanlarında müvəqqəti edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Hava Nəqliyyatı üzrə Agentliyinin (Rosaviasiya) katibi Artem Korenyako məlumat yayıb.

“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün sentyabrın 10-da Moskva vilayətində üç hava limanının - Vnukovo, Domodedovo və Jukovskinin fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - məlumatda bildirilib.

Bildirilib ki, Vnukovo və Domodedovo Moskva vaxtı ilə saat 01:17-dən, Jukovski - Moskva vaxtı ilə saat 01:46-dan etibarən müvəqqəti olaraq təyyarələri qəbul etmir və göndərmir.

Qeyd edilib ki, hava qüvvələri ekipajları, dispetçerlər və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür - bu, əsas prioritetdir.

Bundan əlavə, Rosaviasiya Kazan hava limanının fəaliyyətinin də məhdudlaşdırıldığını bildirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…