Əsas məzmuna keç

Rusiyada sərnişin qatarının 7 vaqonu relsdən çıxıb

Rusiyada sərnişin qatarının 7 vaqonu relsdən çıxıb

Rusiyanın Ulyanovsk vilayətində Çelyabinsk-Moskva marşrutu üzrə hərəkət edən sərnişin qatarı qəzaya uğrayıb.

en ru

Rusiyanın vilayətində Çelyabinskdən Moskvaya hərəkət edən sərnişin qatarının yeddi relsdən çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dəmir Yolları (RJD) məlumat yayıb.

Hadisə Moskva vaxtı ilə saat 06:26-da Bryandino stansiyası yaxınlığında qeydə alınıb.

Qəzaya uğrayan qatar 302 nömrəli Çelyabinsk-Moskva reysini həyata keçirirdi.

Fövqəladə Hallar Nazirliyinin ilkin məlumatlarına əsasən, hadisə nəticəsində həlak olan yoxdur.

Yaralılar barədə məlumatlar dəqiqləşdirilir. Dəmir yolunun sözügedən hissəsində hərəkət müvəqqəti olaraq dayandırılıb.

Qəzanın fəsadlarını aradan qaldırmaq məqsədilə Ulyanovsk, Buqulma, Sızran və Ruzayevkadan bərpa qatarları cəlb edilib.

Həmçinin, sərnişinlərin təxliyəsi üçün əlavə vaqonlar hazırlanır. Hazırda ərazidə müstəntiqlər, kriminalistlər və operativ xidmət əməkdaşları fəaliyyət göstərir. Prokurorluq tərəfindən faktla bağlı müvafiq yoxlamalara başlanılıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…