Əsas məzmuna keç

Rusiyada saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı

Rusiyada saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı

2001,2010 və 2011-ci illərdə baş vermiş cinayət işləri üzrə təqsirləndirilən Məzahir, Ayaz, Akif, Bakir və Kamal Səfərovlar, Əhliman Gənciyev, Şahid...

İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində yerli hüquq mühafizə orqanları tərəfindən azərbaycanlıların işi üzrə keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" APA-ya istinadən xəbər verir ki, 2001,2010 və 2011-ci illərdə baş vermiş cinayət işləri üzrə təqsirləndirilən Məzahir, Ayaz, Akif, Bakir və Kamal Səfərovlar, Əhliman Gənciyev, Şahid Lalayev və Əziz Abbasov barəsində həbs tədbirinin uzadılmasına baxılıb.

Məhkəmə saxlanılan şəxslərin hamısı barəsində həbs qətimkan tədbirinin daha üç ay müddətinə uzadılması barədə qərar verib, azərbaycanlıları oktyabrın 19-dək həbsdə saxlayıb.

Məhkəmə prosesləri qapalı, medianın iştirakı olmadan keçirilib. Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğunun əməkdaşları proseslərdə iştirak ediblər.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Xidməti, İstintaq Komitəsi və Rosqvardiya Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib, 10-dan çox şəxsi saxlayıblar. Saxlanılan şəxslər Rosqvardiyanın idarəsinə gətirilərək onlara işgəncə verilib. Nəticədə iki vətəndaşı - Ziyəddin Səfərov və Hüseyn Səfərov ölüb, bir neçə nəfər yaralanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…