Əsas məzmuna keç

Rusiyada ayı 84 yaşlı qadına hücum etdi

Rusiyada ayı 84 yaşlı qadına hücum etdi

Rusiyanın Kamçatka yarımadasında ayı hücumuna qalan bir şəxs həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Kamçatka bölgəsinin Səhiyyə Nazirliyinin məlumata görə, Petropavlovsk-Kamçatski şəhərində bir ayı sakinlərə hücum edib.

Hücum nəticəsində xəsarət alan 84 qadının xəstəxanaya çatdırıldığı bildirilib.

“Ayı hücumuna məruz qalan qadın ağır yaralandığı üçün xilas edilə bilmədi”, - açıqlamada qeyd olunub.

Hadisədən sonra tədbirləri görülüb və hücumu həyata keçirən ayı vurularaq öldürülüb.

Qeyd edək ki, bu həftənin əvvəlində Rusiyanın şərqində yerləşən Saxalin adasında da bir şəxs meşədə ayı hücumuna məruz qalaraq həyatını itirmişdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…