Operativ Məlumat Mərkəzi

Rusiya və Səudiyyə Ərəbistanı OPEC+ səylərini yüksək qiymətləndirir

2 dəq
Paylaş:
Rusiya və Səudiyyə Ərəbistanı OPEC+ səylərini yüksək qiymətləndirir

OPEC+ ölkələrinin neft bazarlarının sabitliyini artırmaq üçün uğurlu səylərinə yüksək qiymət verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinlə Şahzadə arasında keçirilən görüşdən sonra verilən Bəyanatda deyilib.

Hər iki tərəf bu əməkdaşlığın davam etdirilməsinin vacibliyini və bütün iştirakçı ölkələrin, istehsalçıların və istehlakçıların maraqlarına xidmət edən və qlobal iqtisadiyyatın artımını dəstəkləyəcək şəkildə OPEC+ sazişinə riayət edilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər həmçinin iki ölkə arasında ümumi iqtisadi maraqların miqyasını, onlar arasında ticarətin inkişafı və şaxələndirilməsi üçün birgə işi davam etdirmək niyyətlərini təsdiq ediblər.

Həmçinin perspektivli ticarəti müzakirə etmək üçün iki ölkənin özəl sektorları arasında kommunikasiyanı intensivləşdirməyə çalışdıqlarını bildiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax