Operativ Məlumat Mərkəzi

Ruben Vardanyanın apellyasiya şikayəti təmin edilməyib

2 dəq
Paylaş:
Ruben Vardanyanın apellyasiya şikayəti təmin edilməyib

ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Respublikasının dövlət naziri” vəzifəsində çalışmış və sentyabrın 27-də “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsində Ruben Vardanyanın həbsindən verilən apellyasiya şikayəti təmin edilməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində Ruben barəsində cinayət işinin istintaqı davam edir.

Bildirilib ki, separatçı milyarder kimi tanınmış Ruben Vardanyan barəsində həbs qətimkan tədbirinin müddəti Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə uzadılıb. Həmin qərardan Ruben Vardanyanın müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib.

Bakı Apellyasiya Məhkəməsində keçirilmiş proses nəticəsində məhkəmənin elan edilib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və R.Vardanyan barəsində həbs müddətinin uzadılması ilə bağlı birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılıb.

Hazırda digər separatçılarla birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında saxlanılan Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax