Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

“Reuters”: Rusiyada yaşayan ermənilərin Paşinyanın əleyhinə səs verməsi planlaşdırılır

2 dəq
Paylaş:
“Reuters”: Rusiyada yaşayan ermənilərin Paşinyanın əleyhinə səs verməsi planlaşdırılır

Kreml Rusiyada 100 min ermənini Nikol Paşinyanın əleyhinə səs verməyə göndərmək istəyir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM””ə istinadən xəbər verir.

Bildirilib ki, son aylarda Rusiya rəsmiləri Rusiyada yaşayan vətəndaşlarının seçkilərində hazırkı Baş nazir Nikol Paşinyanın rəqiblərinə səs vermələri üçün vətənlərinə göndərilməsi planını müzakirə ediblər.

Agentliyin mənbələrinə görə, Rusiya hakimiyyəti 100 min seçicinin daşınmasının xərcini təxminən 50 milyon dollar qiymətləndirib. May ayının ortalarına qədər Kreml Rusiya regionları arasında kvotaları - hər birindən göndəriləcək ermənilərin sayını - bölüşdürüb və yerli hakimiyyət orqanlarından hazırlıqları barədə hesabat vermələrini tələb edib.

“Reuters“in jurnalistləri bu planın həyata keçirildiyini və ya bu sayda seçicinin seçkilərdə əsas namizədlər arasındakı fərqi aradan qaldırmaq üçün kifayət edib-etməyəcəyini müəyyən edə bilməyiblər.

Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax