Operativ Məlumat Mərkəzi

Rəşad Dağlının həbs müddəti uzadılıb - YENİLƏNİB

2 dəq
Paylaş:
Rəşad Dağlının həbs müddəti uzadılıb - YENİLƏNİB

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Əmirovun (Rəşad Dağlı) barəsində seçilmiş həbs tədbiri 2 ay müddətinə uzadılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Report"a meyxanaçının vəkili Elvin Əliyev məlumat verib.

Onun sözlərinə görə, bu gün Rayon Məhkəməsinin hakimi Günay Həşimovanın sədrliyi ilə keçirilən prosesdə R.Dağlının həbs müddətinin uzadılması barədə qərar qəbul edilib.

11:51***

Qətl törətməkdə təqsirləndirilən Rəşad (Rəşad Dağlı) Qaradağ Rayon Məhkəməsinə gətirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, prosesə hakim Günay Həşimova sədrlik edir.

Bu gün məhkəmə meyxanaçının barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərar verəcək.

Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanılıb.

Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax