Əsas məzmuna keç

Rəhmon Pezeşkiana Novruz bayramını Tacikistanda qeyd etməyi təklif edib

Rəhmon Pezeşkiana Novruz bayramını Tacikistanda qeyd etməyi təklif edib

o, bu təklifi bu gün Düşənbədəki Millət Sarayında Pezeşkianla görüşü zamanı səsləndirib. Rəhmon qeyd edib ki, bu, ailə bayramı deyil, milli bayramdır....

Prezidenti Emoməli iranlı həmkarı Məsud Pezeşkianı bayramında Düşənbəyə səfərə dəvət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Tacikistan mətbuatına istinadən xəbər verir ki, o, bu təklifi bu gün Düşənbədəki Millət Sarayında Pezeşkianla görüşü zamanı səsləndirib.

Rəhmon qeyd edib ki, bu, ailə bayramı deyil, milli bayramdır.

Bundan əlavə, iki ölkənin liderləri iqtisadiyyat, energetika və mədəni əlaqələr də daxil olmaqla ikitərəfli əməkdaşlıqla bağlı əsas məsələləri müzakirə ediblər. Onlar Tacikistan və İranın nəqliyyat-tranzit imkanlarından səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıblar.

Danışıqların sonunda haqqında 23 yeni sənəd imzalanıb. Bu sənədlərə "Tacikistan Respublikası Nazirliyi ilə İran İslam Respublikası Limanlar və Çay Gəmiçiliyi Təşkilatı arasında “Çabahar” limanından yük tranzitinin inkişafı üzrə əməkdaşlığın həyata keçirilməsi Proqramı", "Tacikistan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında 2025-2027-ci illər üçün sənaye və yeni texnologiyalar sahəsində əməkdaşlıq haqqında Memorandumun həyata keçirilməsinə dair Tədbirlər Planı" və s. daxildir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…