Operativ Məlumat Mərkəzi

QMİ sədri Qurban bayramı namazının vaxtını açıqlayıb

1 dəq
Paylaş:
QMİ sədri Qurban bayramı namazının vaxtını açıqlayıb

Builki AMEA Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, hicri-qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə 6 iyun tarixinə təsadüf edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə QMİ sədri Allahşükür Paşazadə bayram təbrikində bildirib.

Onun sözlərinə görə, şəri hökmlərə əsasən, 3 gün ərzində icra oluna bilən kəsimi həcc ziyarəti zamanı mütləq vacib əməldir, həcc xaricində olan müsəlmanların qurban kəsib ehtiyacı olanlara paylamaq niyyəti isə müstəhəb və savabdır.

Allahşükür Paşazadə qeyd edib ki, Qurban namazları ölkəmizin bütün mərkəzi məscidlərində qeyd ediləcək, o cümlədən Bakının Əjdərbəy məscidində bayram namazı saat 08.00-də, Təzəpir məscidində 09.00-da qılınacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax