Əsas məzmuna keç

Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı ilə bağlı fətva verib

Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı ilə bağlı fətva verib

QMİ-nin Qazılar Şurası bayramın tarixi, qurbanlıq heyvanların seçimi və kəsim qaydaları ilə bağlı məlumat yayıb.

en ru

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası ilə bağlı fətva qəbul edib. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, üfüqündə hilalın görünməsinə uyğun olaraq Qurban bayramı bu il mayın 27-nə edir.

Fətvaya əsasən, bayram namazları mayın 27-də məscidlərdə qılınacaq, qurban kəsimi isə 3 gün davam edəcək. üçün qoyun, keçi, inək və ya dəvə seçilə bilər. Heyvanların sağlam, kəsimə yararlı olması və müəyyən yaş həddini tamamlaması şərtdir:

  • Qoyun və keçi: 1 il;
  • Öküz və inək: 2 il;
  • Dəvə: 5 il.

Heyvanın üzü qibləyə tərəf çevrilərək, Allahın adı ilə kəsilməsi vacibdir. Qurbanlıq ətin üç hissəyə bölünərək ehtiyac sahiblərinə, qohum-əqrəbaya paylanması və bir hissəsinin ailəyə saxlanılması tövsiyə olunur. Kəsim prosesi sanitariya qaydalarına uyğun və münasib yerlərdə həyata keçirilməlidir.

Qeyd edək ki, Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərinin vaxtı da müəyyənləşib. Bayram günlərinin üst-üstə düşməsi səbəbindən Əmək Məcəlləsinə uyğun olaraq əlavə istirahət günü verilib. Beşgünlük iş qrafiki ilə çalışanlar üçün 27, 28, 29, 30 və 31 may tarixləri qeyri-iş günü olacaq.

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 29 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 30 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 82 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…