Əsas məzmuna keç

QMİ Ramazan bayramı haqqında fətva verdi: Tarix açıqlandı

QMİ Ramazan bayramı haqqında fətva verdi: Tarix açıqlandı

Şamaxı Rəsədxanasının təqviminə görə, müqəddəs gün martın 20-dir. Adambaşına 10-15 AZN fitrə zəkatının verilmə qaydası və digər mühüm şəriət detalları ilə tanış olun.

ru en

Qafqaz Müsəlmanları İdarəsi bu il üçün bayramının dəqiq tarixini və fitrə zəkatının miqdarını müəyyənləşdirən rəsmi fətva verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, qərar Elm və Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatlarına əsaslanır. Həmçinin, Təşkilatı (Türkiyə, , Qazaxıstan, Özbəkistan, Qırğızıstan) nəzdində fəaliyyət göstərən Fətva Şurasının ortaq qərarı da nəzərə alınıb.

Qəbul edilən Fətvaya əsasən, bu il Şəvval ayının 1-i Ramazan , Miladi təqvimlə martın 20-nə təsadüf edir.

Fətvada orucun mühüm əməllərindən olan fitrə zəkatının vaxtı da açıqlanıb. Qaydaya görə, bu vaxt Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonraya təsadüf edir.

Qazılar Şurasının Fətvasına əsasən, imkanı olan hər bir şəxsə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.

Şəriətə görə, fitrə canın sədəqəsidir. İmkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması və ehtiyacı olan ailələrə verməsi vacibdir. Fətvada qeyd olunur ki, bu, hər bir ailəyə bayram ovqatı yaşatmaq məramı daşıyır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…