Operativ Məlumat Mərkəzi

Qəbələdə iki nəfər ov tüfəngi ilə öldürülüb

1 dəq
Paylaş:
Qəbələdə iki nəfər ov tüfəngi ilə öldürülüb

Oktyabrın 17-də saat 20 radələrində Qəbələ rayonunun Zərgərli kəndində 1951-ci il təvəllüdlü Gülsadə Məmmədəliyeva və 1979-cu il təvəllüdlü Əlibaba Gəncimovun odlu silahdan atəşlə qətlə yetirilməsi, eləcə də qadının nəvəsi, 23 Məmmədalıyevin isə xəsarət alması barədə polisə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Xidmətinin regional qrupundan bildirilib.

Araşdırmalarla Əlibaba Gəncimovun ov ilə qadına və nəvəsinə, N.Məmmədalıyevin isə Ə.Gəncimova tüfənglə atəş açdığı müəyyən edilib. Cinayət aləti hesab edilən ov tüfəngləri polis əməkdaşları tərəfindən götürülüb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax