Əsas məzmuna keç

Qəbələdə dağlıq ərazidə yanğın olub - Fotolar

Qəbələdə dağlıq ərazidə yanğın olub - Fotolar

bu haqda FHN məlumat yayıb. Bildirilib ki, yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla...

Qəbələ rayonu, kəndində dağlıq-meşəlik ərazidə yanğın baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu məlumat yayıb.

Bildirilib ki, yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qəbələ rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində baş vermiş yanğın yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 0.1 hektar ərazidə kol-kos, ağac kötükləri və xəzəl yanıb.

Meşə massivi yanğından mühafizə olunub.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…