Operativ Məlumat Mərkəzi

Qəbələdə dağlıq ərazidə yanğın olub - Fotolar

1 dəq
Paylaş:
Qəbələdə dağlıq ərazidə yanğın olub - Fotolar
bu haqda FHN məlumat yayıb. Bildirilib ki, yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla...

Qəbələ rayonu, Bum kəndində dağlıq-meşəlik ərazidə yanğın baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qəbələ rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 0.1 hektar ərazidə kol-kos, ağac kötükləri və xəzəl yanıb.

Meşə massivi yanğından mühafizə olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər