Operativ Məlumat Mərkəzi

Qarabağda 30 ildən sonra ilk oyun keçiriləcək

2 dəq
Paylaş:
Qarabağda 30 ildən sonra ilk oyun keçiriləcək

Bu gün üzrə Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, son gündə iki oyun keçiriləcək.

Günün ilk görüşü tarixi hadisənin yaşanması ilə əlamətdar olacaq. Çünki “” - MOİK görüşü Xankəndidə təşkil olunacaq. Ağdam təmsilçisi ilə “hərbçilər”in dueli işğaldan azad edilmiş ərazilərdə 30 illik fasilədən sonra ilk futbol matçı olacaq. Axırıncı dəfə 1993-cü ilin mayında “Qarabağ” Ağdamın “İmarət” stadionunda Tovuzun “Turan” klubu ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. "Qarabağ" - MOİK görüşünün qalibi 1/4 finalda “Sabah”la qarşılaşacaq.

1/8 mərhələsinin son qarşılaşması Bakıda oynanılacaq. “Neftçi” I Liqanın lideri “ Lökbatan”ı sınağa çəkəcək. “Neftçi Arena”da baş tutacaq görüşü Kamran idarə edəcək. Bu cütdən qalib ayrılacaq komanda növbəti mərhələdə “Sumqayıt”a rəqib olacaq.

Qeyd edək ki, mərhələnin əvvəlki matçlarından sonra 1/4 finalda iki cütlük müəyyənləşib. Yarımfinala vəsiqə uğrunda “Səbail” “Zirə” ilə, “Araz-Naxçıvan” isə “Qəbələ” ilə qarşılaşacaq.

Azərbaycan Kuboku
1/8 final
21 dekabr

14:00. “Qarabağ” – MOİK

18:00. “Neftçi” – “Qaradağ Lökbatan”
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Teymur Teymurov, Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Neftçi Arena”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax