Operativ Məlumat Mərkəzi

Qarabağa avtobus reyslərinə dekabr ayı üçün biletlər satışa çıxarılır - 27.11.2023

2 dəq
Paylaş:
Qarabağa avtobus reyslərinə dekabr ayı üçün biletlər satışa çıxarılır - 27.11.2023

Rəqəmsal İnkişaf və Nazirliyinin tabeliyində olan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad ərazilərə təşkil etdiyi avtobus reyslərinə dekabr ayına olan noyabrın 28-də saat 11:00-da satışa çıxarılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in nazirliyə istinadən verdiyi məlumata görə, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reysləri ilə səfər etmək üçün yaş məhdudiyyəti aradan qaldırıldığından artıq 18 yaşına çatmayan şəxslər üçün də bilet almaq mümkündür.

Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 647 reys həyata keçirilib, 26 530 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax