Operativ Məlumat Mərkəzi

Azərbaycanda hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

1 dəq
Paylaş:
Azərbaycanda hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dəniz va Liman Agentliyinin Gəmi Hərəkətinin idarəedilməsi Mərkəzi hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq...

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dəniz va Liman Agentliyinin Gəmi Hərəkətinin idarəedilməsi Mərkəzi hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, xəbərdarlıqda deyilir ki, bu gün gündüzdən Xəzər Dəniz Akvatoriyasinda başlayacaq şimal-qərb, şimal küləyi noyabrın 28-i səhərə kimi davam edəcək. Küləyin sürəti 18-23 m/s, arabir: 25-30 m/s-dək güclənəcəyi gözlənir. Dalğanın hündürlüyü 2-4 metr, sonrakı inkişafda 4,5-6,5 metr olacağı gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər