Operativ Məlumat Mərkəzi

Qarabağ universitetinin tələbələrinə də “Smart tələbə kartı” verilə bilər

2 dəq
Paylaş:
Qarabağ universitetinin tələbələrinə də “Smart tələbə kartı” verilə bilər

Gələcəkdə universitetində təhsil alacaq də “Smart tələbə kartı”na sahib ola bilərlər.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında " Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sistemləri və bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov bildirib.

Onun fikrincə, bu, işğaldan azad edilmiş ərazilərdə rəqəmsal ödənişlərin inkişaf etdirilməsi üçün müasir həll yollarından biri ola bilər.

T.Rüstəmovun sözlərinə görə, təqaüdlərini “Smart tələbə kartı” ilə alacaq tələbələr əlavə üstünlüklər qazanacaqlar: "Məsələn, onlar Bakı və Xankəndi şəhərləri arasında ictimai nəqliyyatda rəqəmsal ödənişlərdə endirim əldə edəcəklər. Həftə sonları isə tələbələr Şuşa şəhərində olan Mehmandarovun ev muzeyinə və digər muzeylərə, mədəniyyət ocaqlarına bu tələbə kartı ilə endirimli daxil ola biləcəklər. Bundan başqa, onlar ölkəmizdə ilk dəfə olaraq Xankəndi şəhərində açılacaq və ancaq nağdsız ödənişləri qəbul edən təsərrüfat subyektlərində həmin kartla ödəniş edəcəklər. Şəhərdə ictimai iaşə obyektlərində (kinoteatr, kafe, restoran və s.) isə həmim kartla biometrik ödəniş edib xidmətlərdən istifadə etmək mümkün olacaq. Qarabağ universitetinin tələbələri Xankəndi şəhərində Pənahxan adlı kitab mağazasında biometrik ödəniş edərək həftəsonu mütailə etməyə kitab alacaqlar".

"Digər təhsil ocaqlarının son 50 ildə rəqəmsal ödənişlər sahəsində getdiyi yol çox qısadır. Əzmkarlıqla bir nöqtədən mütləq başlamaq lazımdır, əks halda yeni innovatorlar olan cəmiyyətin yetişdirilməsi sadəcə bir yuxu olacaq” - deyə o qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax