Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Dövlət əmlakının idarə edilməsi ilə bağlı yeni qaydalar təsdiqləndi

2 dəq
Paylaş:
Dövlət əmlakının idarə edilməsi ilə bağlı yeni qaydalar təsdiqləndi

İlham Əliyev " Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"na dəyişikliyi təsdiqləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı yeni fərman imzalayıb.

Bu dəyişikliklə dövlət mülkiyyətində olan və vahidinin ilkin dəyəri 5 min manatdan yuxarı olan əsas vəsaitlərin ayrı-ayrı dövlət orqanları və dövlət mülkiyyətində olan hüquqi şəxslər arasında bir-birinə verilməsi Azərbaycan Prezidentinin müəyyən etdiyi hallar, o cümlədən "Məhkəmələr və hakimlər haqqında" qanununun 86-cı maddəsinə uyğun olaraq birinci instansiya məhkəmələrinin maliyyə və digər maddi-texniki təminatı ilə bağlı məsələləri Ədliyyə Nazirliyinin həll etdiyi hallar istisna olmaqla, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəyi alındıqdan sonra tərəfindən qəbul olunan qərarlar əsasında həyata keçiriləcək. Dövlət mülkiyyətində olan və vahidinin ilkin dəyəri 5 və ondan aşağı olan əsas vəsaitlərin ayrı-ayrı dövlət orqanları və dövlət mülkiyyətində olan hüquqi şəxslər arasında bir-birinə verilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yazılı razılığı alındıqdan sonra həmin dövlət orqanlarının və dövlət mülkiyyətində olan hüquqi şəxslərin qərarları əsasında həyata keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax