Operativ Məlumat Mərkəzi

"Qarabağ" "Bayer 04" üçün 400 bilet ayırıb

2 dəq
Paylaş:
"Qarabağ" "Bayer 04" üçün 400 bilet ayırıb

UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək "" - "Bayer 04" matçı üçün Almaniyadan gələcək azarkeşlərə 400 bilet ayrılıb.

Bu haqda "Operativ Məlumat Mərkəzi-OMM"-ə "Qarabağ" klubunun mətbuat katibi Anar məlumat verib.

"400-ə yaxın azarkeşin Bakıya gələcəyi gözlənilir. Bakıdakı oyun üçün klubu 400 bilet sifariş verib", - deyə Ağdam klubunun rəsmisi bildirib.

Anar Hacıyev Almaniya klubunun Bakıya səfər planını da açıqlayıb: " təmsilçisi martın 6-da, axşam radələrində Bakıya gələcək. Komanda "Hilton" hotelində məskunlaşacaq".

"Qarabağ" klubunun rəsmisi bilet satışı ilə bağlı da məlumat verib: "Bilet satışı yekunlaşmaq üzrədir. Böyük ehtimalla martın 6-na qədər bütün biletlər satılacaq. Satışla bağlı dəqiq rəqəmlər gün ərzində klubun səhifələrində paylaşılacaq".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” görüşü martın 7-də, saat 21:45-də başlayacaq. Tərəflər arasında cavab görüşü bundan bir həftə sonra Leverkuzen şəhərində reallaşacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax