"Qarabağ" "Bayer 04" üçün 400 bilet ayırıb

"Qarabağ" "Bayer 04" üçün 400 bilet ayırıb
04.03.2024 17:30
Aa
dəq

UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək "Qarabağ" - "Bayer 04" matçı üçün Almaniyadan gələcək azarkeşlərə 400 bilet ayrılıb.

Bu haqda "Operativ Məlumat Mərkəzi-OMM"-ə "Qarabağ" klubunun mətbuat katibi Anar Hacıyev məlumat verib.

"400-ə yaxın azarkeşin Bakıya gələcəyi gözlənilir. Bakıdakı oyun üçün Almaniya klubu 400 bilet sifariş verib", - deyə Ağdam klubunun rəsmisi bildirib.

Anar Hacıyev Almaniya klubunun Bakıya səfər planını da açıqlayıb: "Leverkuzen təmsilçisi martın 6-da, axşam radələrində Bakıya gələcək. Komanda "Hilton" hotelində məskunlaşacaq".

"Qarabağ" klubunun rəsmisi bilet satışı ilə bağlı da məlumat verib: "Bilet satışı yekunlaşmaq üzrədir. Böyük ehtimalla martın 6-na qədər bütün biletlər satılacaq. Satışla bağlı dəqiq rəqəmlər gün ərzində klubun sosial şəbəkə səhifələrində paylaşılacaq".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” görüşü martın 7-də, saat 21:45-də başlayacaq. Tərəflər arasında cavab görüşü bundan bir həftə sonra Leverkuzen şəhərində reallaşacaq.

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu