Əsas məzmuna keç

Paraqvay Almaniya üzərindəki qələbəni bayram etdi: 30 iyun qeyri-iş günü elan olundu

Paraqvay Almaniya üzərindəki qələbəni bayram etdi: 30 iyun qeyri-iş günü elan olundu

Paraqvay prezidenti milli komandanın Almaniya üzərindəki tarixi qələbəsini qeyd etmək üçün ölkədə 30 iyun tarixini milli bayram kimi təsdiqləyib.

en ru

Prezidenti Pena milli futbol komandasının yığması üzərində qazandığı qələbənin şərəfinə 30 iyun tarixini ölkədə milli bayram elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə özü “X” hesabında paylaşım edərək müvafiq fərmanın görüntülərini ictimaiyyətə təqdim edib.

Rəsmi sənəddə qeyd olunur ki, milli komandanın əldə etdiyi bu nəticə yalnız idman uğuru deyil, həm də Paraqvay üçün mühüm milli əhəmiyyət kəsb edən hadisə kimi qiymətləndirilir. Hakimiyyət bu səbəbdən qələbənin ölkə üzrə birgə qeyd olunmasını məqsədəuyğun hesab edib.

Prezident Santyaqo Pena paylaşımında milli komandaya təşəkkür edərək onların ölkəyə böyük sevinc yaşatdığını və milyonlarla paraqvaylını vahid bayraq altında birləşdirdiyini vurğulayıb.

Məlumata görə, qarşılaşma ABŞ-ın Boston şəhərində keçirilib. Gərgin keçən oyunda Paraqvay və Almaniya yığmaları əsas və əlavə vaxtda qalibi müəyyən edə bilməyib. Penaltilər seriyasında 4:3 hesabı ilə qələbə qazanan Paraqvay millisi turnirin 1/8 final mərhələsinə yüksəlib.

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 37 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 38 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 90 gün qalıb
Bütün bayramlar ›
Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…