Operativ Məlumat Mərkəzi

“Qara qutu”ların oxunmasına başlanıldı

2 dəq
Paylaş:
“Qara qutu”ların oxunmasına başlanıldı

Qazaxıstanın Aktau şəhərində qəzaya Hava Yollarına (AZAL) təyyarənin uçuş registratorlarını deşifrə etməyə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Braziliyanın “G1” portalı məlumat yayıb.

“Çıxarılan məlumatlar qəzanın təhlili və təhqiqatına cavabdeh olan Qazaxıstan Aviasiya Qəzalarının Təhqiqat Departamentinə veriləcək”, - məlumatda deyilir.

Braziliya Hərbi Hava Qüvvələrinin (Força Aérea Brasileira - FAB) mütəxəssisləri “qara qutu”lardakı məlumatları təhlil edəcəklər.

Qeyd edək ki, təyyarənin “qara qutu”ları şifrənin açılması üçün Braziliyaya göndərilib. Belə ki, Braziliya qəzaya uğrayan “Embraer” təyyarələrinin istehsalçısıdır.

Xatırladaq ki, AZAL-a məxsus təyyarə dekabrın 25-də Aktau yaxınlığında qəza enişi edib. Hadisə nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlardan 3-ü ekipaj üzvüdür. Onlara İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax