Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Putin Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

2 dəq
Paylaş:
Putin Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin İlham Əliyevə ünvanlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Milli bayram – Respublikasının Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Azərbaycan iqtisadi və sosial sahələrdə böyük uğurlar əldə edib, dünya arenasında layiqli hörmət qazanıb.

Biz Bakı ilə dostluq və müttəfiqlik münasibətlərimizə böyük əhəmiyyət veririk. Əminəm ki, müxtəlif sahələrdə ikitərəfli səmərəli əməkdaşlığın, həmçinin regional və məsələlərdə tərəfdaşlıq qarşılıqlı fəaliyyətinin birgə səylərlə daha da inkişafını təmin edə bilərik. Şübhəsiz ki, bu, Rusiya və Azərbaycan xalqlarının əsas maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər dənizində təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsi məcrasında davam edir.

Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı və uğurlar, bütün həmvətənlərinizə isə əmin-amanlıq və tərəqqi arzulayıram".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax