Operativ Məlumat Mərkəzi

Prezidentliyə namizədlər azad edilmiş ərazilərdə seçicilərlə görüşə biləcəklər

2 dəq
Paylaş:
Prezidentliyə namizədlər azad edilmiş ərazilərdə seçicilərlə görüşə biləcəklər

Bu il fevralın 7-nə təyin növbədənkənar seçkilərində prezidentliyə işğaldan azad edilmiş ərazilərdə təşviqat apara biləcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Mərkəzi Seçki Komissiyası (MSK) bunun üçün yerlər ayırıb.

Komissiyanın açıqladığı siyahıda Zəngilan rayonunun Ağalı kəndi, Şuşa şəhəri, Laçın şəhəri və Laçın rayonunun Zabux kəndi yer alıb.

Belə ki, namizədlər Şuşa şəhər 1 saylı tam orta məktəbin akt zalında, Zəngilan rayonu, Ağalı kəndindəki Fəvvarələr meydanında, Ağalı kənd tam orta məktəbin akt zalında, Laçın şəhəri bulvar ərazisində, Laçın şəhərində Lasinema Kino Mərkəzində, Laçın rayon Zabux kənd tam orta məktəbin qarşısında, Zabux kənd tam orta məktəbin akt zalında seçicilərlə görüşə biləcəklər.

Xatırladaq ki, bu il fevralın 7-nə təyin edilmiş növbədənkənar işğaldan azad edilmiş ərazilərdə keçiriləcək ilk seçkidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax