Əsas məzmuna keç

Şuşanın Kiçik Qaladərəsi kəndinə 11 ailə daha qayıdacaq

Şuşanın Kiçik Qaladərəsi kəndinə 11 ailə daha qayıdacaq

İşğaldan azad edilən Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə köç prosesi davam edir. Doğma yurduna qovuşacaq 11 ailənin siyahısı və köçün təfərrüatı bəlli olub.

en ru

Bu ilin Şuşanın Kiçik Qaladərəsi kəndinə daha 11 ailə (45 nəfər) qayıdacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İlham Əliyevə iyulun 11-də rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olarkən məlumat verilib.

Bildirilib ki, Kiçik Qaladərəsində 66 fərdi ev var. Onlardan 19-u yararsız, 47-si isə qismən yararlıdır. Bu evlərdən artıq 26-sı istismara hazırdır. Gələn il isə 21 ev hazır olacaq.

İlkin mərhələdə kəndə 15 ailə (51 nəfər) qayıdıb. Bu ilin sonunadək isə daha 11 ailə (45 nəfər) qayıdacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…