Operativ Məlumat Mərkəzi

Prezidentin köməkçisi: Azərbaycan İranı tərəfdaş kimi görür

2 dəq
Paylaş:
Prezidentin köməkçisi: Azərbaycan İranı tərəfdaş kimi görür

İranla iqtisadi-ticarət əlaqələrini genişləndirməyə önəm verir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Brüsseldə “EU Today"ə müsahibəsində deyib.

O, İranda Azərbaycan səfirliyində törədilən hücumla bağlı danışıb.

Hikmət Hacıyev xatırladıb ki, hücumu törədən şəxs İran qanunlarına əsasən mühakimə olunub və Azərbaycan İranla münasibətlərdə bu səhifəni tamamilə çevirib.

Hikmət Hacıyev iki ölkə arasındakı münasibətləri normal və stabil qiymətləndirib, eyni zamanda, İlham Əliyevlə onun iranlı həmkarı Məsud Pezeşkian arasında şəxsi münasibətin istiliyinə diqqət çəkib.

Azərbaycan Prezidentinin köməkçisi Araz çayı üzərində Ağbənd-Kəlalə körpüsü ilə İranın rəsmi Bakının geniş konnektivlik planlarında yer aldığını, bu layihənin strukturunun 2025-ci ilin sonuna qədər yekunlaşacağını vurğulayıb.

"Biz İranı qonşu, kimi görürük və iqtisadi-ticarət əlaqələrimizi genişləndirməyə önəm veririk", - Hikmət Hacıyev qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax