Əsas məzmuna keç

Prezident İlham Əliyev Mərakeş Kralını təbrik edib

Prezident İlham Əliyev Mərakeş Kralını təbrik edib

məktubda deyilir: "Əlahəzrət, Əziz Qardaşım, Mərakeş Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və...

İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədə göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Əziz Qardaşım,

Mərakeş Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və xalqı adından ən səmimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz xoş ənənələrə əsaslanan Azərbaycan-Mərakeş dostluq və münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. Əminəm ki, xalqlarımızın rifahı naminə dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…