Operativ Məlumat Mərkəzi

Polşada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən şəxs həbs olunub

1 dəq
Paylaş:
Polşada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən şəxs həbs olunub

Polşanın Daxili Agentliyi vətəndaşı olan şəxsi Moskvanın xeyrinə casusluqda həbs edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Polşanın ədliyyə naziri, Zebro tviter səhifəsində yazıb.

İstintaqın məlumatına görə, adı açıqlanmayan şəxs 2021-ci ilin oktyabrında Polşaya gəlib.

Prokuror idmanla məşğul olan həmin şəxsi mütəşəkkil cinayətkar qruplaşmada iştirakda və xarici kəşfiyyata işləməkdə ittiham edib.

Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Günahı sübuta yetirilərsə, onu 10 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, Polşa ilə Rusiya arasında münasibətlər Rusiyanın Ukraynaya müdaxiləsindən sonra pisləşib. İki ölkə arasında qarşılıqlı ittihamlar pik həddə çatıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax