Operativ Məlumat Mərkəzi

Pirotexniki vasitələr və silah-sursat aşkarlanıb

1 dəq
Paylaş:
Pirotexniki vasitələr və silah-sursat aşkarlanıb

Ağstafada mağazalarda pirotexniki aşkarlanıb.

DİN-in Xidmətinin Gəncə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində mağazalarda partlayıcı pirotexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən edilib. Satışı təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bundan başqa Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri -axtarış tədbirləri nəticəsində rayonun Köçəsgər kəndində silah-sursat aşkarlanıb. Polis əməkdaşları hadisə yerinə gələrək tədbirlər həyata keçirib və oradan dörd ədəd müxtəlif markalı və çaplı ov tüfəngləri aşkar edərək götürüblər.

Silahlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax