Pirotexniki vasitələr və silah-sursat aşkarlanıb

Pirotexniki vasitələr və silah-sursat aşkarlanıb
19.12.2023 07:20
Aa
dəq

Ağstafada mağazalarda pirotexniki vasitələr aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən mağazalarda partlayıcı pirotexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən edilib. Satışı təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bundan başqa Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Köçəsgər kəndində silah-sursat aşkarlanıb. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib və oradan dörd ədəd müxtəlif markalı və çaplı ov tüfəngləri aşkar edərək götürüblər.

Silahlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu