Əsas məzmuna keç

Pentaqon ABŞ-ın hərbi bazalarındakı sərxoşluq hallarından narahatdır

Pentaqon ABŞ-ın hərbi bazalarındakı sərxoşluq hallarından narahatdır

ABŞ-ın Lloyd Ostin ölkənin hərbi bazalarında spirtli içkilərin mümkün istehlakı ilə bağlı araşdırmalardan xəbərdardır və onun gedişatını izləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun katibinin müavini Sabrina Sinqh bildirib.

"Biz, şübhəsiz ki, bunu izləyirik" deyə Sinq rəhbərinin "istintaqdan xəbərdar olduğunu" əlavə edib.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Komandanlığının rəhbəri general Qlen Vanherk hərbi obyektlərdə spirtli içkilərin istifadəsi ilə bağlı araşdırmaya başlandığını təsdiqləyib. Ofislərdə bir neçə qab pivə və güclü spirtli içki aşkarlanıb. O qeyd edib ki, şəxsi heyətin döyüş hazırlığı pozulmayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…