Suriyanın keçid hökumətinə tabe olan Müdafiə Nazirliyi ölkənin şimal-şərqində hərbi əməliyyatların tamamilə dayandırıldığını elan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Bildirilir ki, atəşkəs rejimi bütün cəbhə xətlərində və münaqişə zonalarında qüvvəyə minib. Bu qərarın verilməsində əsas məqsəd aşağıdakılardır sakinlərin öz doğma yurdlarına qayıtması üçün şəraitin təmin edilməsi, azad edilmiş ərazilərdə dövlət müəssisələrinin işinin bərpa olunmasıdır.
Məlumata görə, keçid dövrü üçün Suriya prezidenti Əhməd əş-Şaraa kürd birləşmələri ilə yeni barışıq sazişini təsdiqləyib.
Razılaşmaya əsasən, ölkənin şimal-şərqində yerləşən Deyr əz-Zor və Rəqqə əyalətləri tamamilə keçid hökumətinin nəzarətinə keçir. Ordu regiondakı bütün sərhəd-keçid məntəqələrinin, eləcə də strateji əhəmiyyətli neft və qaz yataqlarının təhlükəsizliyini təmin edəcək.