Operativ Məlumat Mərkəzi

Orta aylıq əməkhaqqı ARTDI

2 dəq
Paylaş:
Orta aylıq əməkhaqqı ARTDI

Bu ilin yanvar-oktyabr aylarında iqtisadiyyatında muzdla işçilərin orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 % artaraq 993,2 manat təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki , informasiya və rabitə, eləcə də və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Bu il noyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 773,3 min nəfər olub, onlardan 881,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 891,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,4 %-i təhsil, 12,8 %-i sənaye, 8,5 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 %-i tikinti, 6,4 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,8 %-i peşə, elmi və texniki fəaliyyət, 3,2 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 %-i maliyyə və sığorta fəaliyyəti, 15 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax