Əsas məzmuna keç

Onlar Nyu Yorkda görüşüblər

Onlar Nyu Yorkda görüşüblər

bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, adının açıqlanmasını istəməyən ABŞ Dövlət Departamentinin sözçüsü verdiyi açıqlamada ABŞ Dövlət...

ABŞ rəsmilərinin Nyu Yorkda Suriya müvəqqəti hökumətinin nümayəndələri ilə görüşdüyü təsdiqlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, adının açıqlanmasını Departamentinin sözçüsü açıqlamada ABŞ Dövlət Departamentinin rəsmilərinin aprelin 29-da Nyu Yorkda Suriyanın müvəqqəti rəsmiləri ilə görüşdüyünü təsdiqləyib.

Sözçü deyib ki, Suriya hakimiyyəti ölkə vətəndaşları üçün sabitliyi gücləndirəcək, qonşuları ilə sülhü təmin edəcək, iqtisadiyyatı inkişaf etdirəcək və ictimaiyyətlə xoş niyyətli əməkdaşlığa səbəb olacaq siyasətlər seçməyə təşviq edilir.

O qeyd edib ki, iki ölkə arasında münasibətlərin normallaşması və ya sanksiyaların ləğvi müvəqqəti hökumət orqanlarının fəaliyyətindən asılıdır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…