Operativ Məlumat Mərkəzi

NİİM qırmızı işıqda hərəkətin təhlükəsi ilə bağlı xəbərdarlıq edib

2 dəq
Paylaş:
NİİM qırmızı işıqda hərəkətin təhlükəsi ilə bağlı xəbərdarlıq edib

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə işıqda hərəkətin təhlükəsi ilə bağlı edib.

NİİM-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, xəbərdarlıqda bildirilib:

"Paytaxtın Binəqədi rayonu, Xocəsən yolu ilə küçəsinin kəsişməsində baş verən yol- hadisəsi göstərdi ki, bu qəzanın qarşısını almaq üçün sadəcə, svetoforun qırmızı işığında dayanmaq kifayət idi.

Qaydaları pozan sürücülər yollarda real təhlükə yaradırlar. Nizamlanan yolayrıcına yaxınlaşarkən həddi nizamlayıcının siqnallarına uyğun tənzimlənməli, sarı işıq yananda isə sürət azaldılaraq nəqliyyat vasitəsi tam dayandırılmalıdır.

Əks təqdirdə, sürücü gedişi başa çatdıra bilmir, qırmızı işıqda keçmək məcburiyyətində qalır və bu da qəzaların baş verməsinə səbəb olur.

Unutmayaq ki, belə qayda pozuntuları çox vaxt insanların xəsarət alması və ya həyatını itirməsi ilə nəticələnir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax