Əsas məzmuna keç

Nigeriyada 88,4 milyon insan ifrat yoxsulluq həddində yaşayır

Nigeriyada 88,4 milyon insan ifrat yoxsulluq həddində yaşayır

ölkənin Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyinin katibi Temitope Fadeşemi ölkədəki yoxsulluq səviyyəsinin həyəcanverici olduğunu vurğulayıb....

Qərbi ölkələrindən biri olan Nigeriyada 88,4 milyon insan ifrat içində yaşayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyinin katibi Temitope Fadeşemi ölkədəki yoxsulluq səviyyəsinin həyəcanverici olduğunu vurğulayıb.

Fadeşemi, 2022-ci ilə qədər əhalisinin ifrat artıq yoxsulluq içində olan dünya əhalisinin 12,9 faizinin Nigeriyada yaşadığını qeyd edib.

Hakimiyyətin ölkədə yoxsulluqla mübarizədə mühüm addımlar atdığını deyən Fadeşemi hökumətin fermerlərlə çərçivəsində müxtəlif proqramlar təşkil etdiyini bildirib.

Afrika qitəsinin zəngin neft və təbii qaz ehtiyatlarına malik olan Nigeriyada gəlir bərabərsizliyi, “Boko haram və digər silahlı dəstə üzvlərinin hücumları kimi problemlər ölkə iqtisadiyyatına mənfi təsir göstərir.

İqtisadi böhran və problemləri səbəbilə çətin şəraitdə yaşayan bəzi nigeriyalılar daha yaxşı həyat ümidi ilə qeyri-qanuni yollarla Avropaya getməyə çalışırlar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…