Əsas məzmuna keç

Nazir Şamaxıda vətəndaşların müraciətlərini dinləyib

Nazir Şamaxıda vətəndaşların müraciətlərini dinləyib

Avqustun 23-də elm və təhsil naziri şəhərində qəbulu keçirib. Qəbulda Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayon sakinləri iştirak ediblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, qəbuldan əvvəl ulu Heydər Əliyevin abidəsi ziyarət edilib, gül dəstələri düzülüb.

Qəbul zamanı vətəndaşlar müəllimlərin yerdəyişməsi, tələbələrin köçürülməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…