Operativ Məlumat Mərkəzi

Nazir: Azərbaycanda 500 minə yaxın əlilliyi olan şəxs var

1 dəq
Paylaş:
Nazir: Azərbaycanda 500 minə yaxın əlilliyi olan şəxs var

"Növbəti ildə daha 4 reabilitasiya mərkəzinin istifadəyə verilməsi planlaşdırılır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Babayev BMT DİM dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda deyib.

O bildirilib ki, son 5 ildə 12 reabilitasiya sosial mərkəzi yenidən qurularaq istifadəyə verilib:

" 2018-ci ildə bu mərkəzlər 10 min nəfərə xidmət göstərirdisə, keçən il 50 minə yaxın xidmət göstərilib. Növbəti dövrlərdə bu gücün 100 minə qaldırılması hədəflənib. Bu gün Azərbaycanda 500 minə yaxın əlilliyi olan şəxs var. Hər il onların 25-30 faizi bu reabilitasiya mərkəzlərində xidmət görməlidirlər".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax