Əsas məzmuna keç

Naxçıvanda işçilərin sosial sığorta haqlarının 100 faizi dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq - 21.11.2025

Naxçıvanda işçilərin sosial sığorta haqlarının 100 faizi dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq - 21.11.2025

bu, Milli bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən,...

Naxçıvanda işçilərin sosial sığorta haqlarının 100 faizi dövlət büdcəsinin hesabına subsidiyalaşdırılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli bu gün keçirilən iclasında müzakirəyə “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasının rezidenti olan, qeyri-dövlət sektoruna aid edilən və müvafiq icra hakimiyyəti orqanının müəyyən orqanın (qurumun) təsdiq etdiyi iqtisadi növləri təsnifatına uyğun olaraq bilavasitə istehsal, o cümlədən emal və hasilat sahəsində (neft-qaz sahəsi istisna olmaqla) fəaliyyət göstərən sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqqı aşağıdakı hissə və müddətlərdə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq:

2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – sosial sığorta haqqının 100 faizi dövlət büdcəsi hesabına ödəniləcək.

2029-cu il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək – sosial sığorta haqqının 80 faizi subsidiyalaşdırılacaq.

2032-ci il yanvarın 1-dən 2034-cü il yanvarın 1-dək – sosial sığorta haqqının 60 faizi dövlət tərəfindən qarşılanacaq.

2034-cü il yanvarın 1-dən 2036-cı il yanvarın 1-dək – sosial sığorta haqqının 40 faizi dövlət tərəfindən ödəniləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…