Operativ Məlumat Mərkəzi

Naxçıvanda işçilərin sosial sığorta haqlarının 100 faizi dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq

2 dəq
Paylaş:
Naxçıvanda işçilərin sosial sığorta haqlarının 100 faizi dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq

Naxçıvanda işçilərin sosial sığorta haqlarının 100 faizi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasının rezidenti olan, qeyri-dövlət sektoruna aid edilən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi iqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq bilavasitə istehsal, o cümlədən emal və hasilat sahəsində (neft-qaz sahəsi istisna olmaqla) fəaliyyət göstərən sığortaedənlər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqı aşağıdakı hissə və müddətlərdə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq:

2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – sosial sığorta haqqının 100 faizi dövlət büdcəsi hesabına ödəniləcək.

2029-cu il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək – sosial sığorta haqqının 80 faizi subsidiyalaşdırılacaq.

2032-ci il yanvarın 1-dən 2034-cü il yanvarın 1-dək – sosial sığorta haqqının 60 faizi dövlət tərəfindən qarşılanacaq.

2034-cü il yanvarın 1-dən 2036-cı il yanvarın 1-dək – sosial sığorta haqqının 40 faizi dövlət tərəfindən ödəniləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər