Operativ Məlumat Mərkəzi

"NATO Moldovanı hərbi poliqona çevirməyə can atır"

2 dəq
Paylaş:
"NATO Moldovanı hərbi poliqona çevirməyə can atır"

Şimali Atlantika Alyansı (NATO) aktiv şəkildə Moldovanı ilə ehtimal olunan silahlı münaqişədə "qırıcı qüvvə" kimi istifadə etməyə hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.

Bildirilib ki, NATO Moldovanı Rusiya ilə ehtimal olunan silahlı münaqişədə aktiv şəkildə istifadə etməyə hazırlaşır. Bu, Ukraynada Rusiya Silahlı Qüvvələrinin irəliləməsi kontekstində nəzərdə tutulur.

Rusiya Xarici Kəşfiyyat (SVR) qeyd edir ki, nəzarətdən çıxmış NATO qüvvələri bir vaxtlar dinc kənd təsərrüfatı respublikası olan Moldovanı hərbi poliqona çevirməyə can atır. Məqsəd — Moldovanın ərazisini NATO qoşunlarının Rusiyanın sərhədlərinə operativ şəkildə daşınması üçün uyğun hala gətirməkdir. Bu məqsədlə Avropa dəmir yolu standartlarına keçid və körpülərin buraxılış qabiliyyətinin artırılması ilə bağlı layihələr icra olunur. Logistika mərkəzləri, iri anbarlar və döyüş texnikasının cəmləşməsi üçün meydançalar inşa edilir.

Bundan əlavə, cəbhəsinə yaxın Markuleşti vəBeltsy aerodromları böyük həcmdə döyüş və hərbi- aviasiyasını qəbul edə biləcək şəkildə modernləşdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax