Operativ Məlumat Mərkəzi

NATO alyansın aldığı ABŞ silahlarının Ukraynaya tədarükünə başladığını elan edib

1 dəq
Paylaş:
NATO alyansın aldığı ABŞ silahlarının Ukraynaya tədarükünə başladığını elan edib

-nun Kiyevdəki baş nümayəndəsi Patrik Turnerin sözlərinə görə, PURL (Prioritized Ukraine Requirements List) proqramı çərçivəsində NATO ölkələrinin Amerika silahlarının Ukraynaya çatdırılmasına başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"PURL proqramı üzrə dörd paketin pulu artıq ödənilib və artıq Ukraynaya gedir”, - o bildirib.

Sentyabrın 16-da "Reuters" mənbələrə istinadən məlumat yaymışdı ki, Tramp administrasiyası Avropa NATO ölkələri tərəfindən Ukraynaya 500 milyon dollarlıq yardımın ilk iki göndərişini təsdiqləyib. Agentliyin məlumatına görə, silahlar ABŞ hərbi anbarlarından tədarük ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax