Əsas məzmuna keç

"ABŞ bunu etsə, hər şey dayanacaq"

"ABŞ bunu etsə, hər şey dayanacaq"
ru

"ABŞ-nin Qrenlandiyaya iddiaları NATO-nun dağılmasına səbəb ola bilər".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Danimarkanın Baş naziri Mette Frederik deyib.

"Əgər başqa bir ölkəsinə qarşı hərbi güc tətbiq etmək qərarına gələrsə, hər şey dayanacaq", - o qeyd edib.

Qrenlandiyanın Baş naziri Jens Frederik Nilsen də ABŞ-nin adaya qarşı hərbi əməliyyatının fəlakətli nəticələri barədə xəbərdarlıq edib.

Danimarka və Qrenlandiya Baş nazirlərinin açıqlamaları ABŞ-nin Venesueladakı hərbi əməliyyatı fonunda verilib.

ABŞ prezidenti əvvəllər bildirmişdi ki, ABŞ-nin Danimarkanın muxtar ərazisi olan Qrenlandiyaya müdafiə məqsədləri üçün ehtiyacı var .

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…