Operativ Məlumat Mərkəzi

Narkotik vasitənin təsiri altında motosiklet idarə edən daha bir sürücü həbs edilib

2 dəq
Paylaş:
Narkotik vasitənin təsiri altında motosiklet idarə edən daha bir sürücü həbs edilib

Narkotik vasitənin təsiri altında idarə edən daha bir sürücü həbs edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Bakı şəhər Dövlət İdarəsindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən sürücülük hüququ olmadan, dövlət qeydiyyat nişansız və səkidə piyadaların hərəkətinə maneə yaradan “Minsk” markalı vasitəsinin sürücüsü Surac İbrahimov saxlanılıb.

Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı S.İbrahimovun qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə S.İbrahimov qırx beş gün müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, ötən gün paytaxtda narkotiklərin təsiri altında avtoxuliqanlıq hərəkətləri edən motosiklet sürücüsü həbs edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax